Kapital Bankın əməkdaşları banklararası “Nə? Harada? Nə zaman?” yarışının qalibi olub | Banco.az

Kapital Bankın əməkdaşları banklararası “Nə? Harada? Nə zaman?” yarışının qalibi olub

Kapital Bankın əməkdaşları banklararası “Nə? Harada? Nə zaman?” yarışının qalibi olub

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” yarışının qalibləri məlum olub.

27 oktyabr 2017-ci il tarixində ABA tərəfindən ilk Banklararası “Nə? Harada? Nə zaman?” yarışı keçirilib. 13 bankdan 100-ə yaxın əməkdaşın iştirak etdiyi yarışın qalibi “Kapital Bank” komandası olub.

3 mərhələdən ibarət yarışda II yeri isə “Bank of Baku” komandası tutub. Qeyd edək ki, “Bank of Baku” ötən il ABA tərəfindən keçirilən Banklararası “Breyn Ring” Çempionatının da qalibidir.

Üçüncü yerin müəyyənləşdirilməsi üçün isə əlavə bir mərhələ keçirilib. Əlavə beş sualın 4-nə doğru cavab verən “Dəmirbank” isə ilk üçüncülüyü əldə edib. Xatırladaq ki, bu bank ötən ilki Banklararası “Breyn Ring” Çempionatında da üçüncü yeri tutmuşdu.

Qaliblər ABA-nın İcraçı direktoru Yunus Abdulov tərəfindən mükafatlandırılıb.

Sıra

Komanda

Xal

Reytinq

I

“KapitalBank”

24

101

II

“BankofBaku”

23

110

III

“Dəmirbank”

19

62

Ən sərfəli kredit üçün müraciət et

 

Ən sərfəli krediti almaq üçün müraciət et