“Kapital Bank”dan “PAŞA Həyat Sığorta”ya transfer olub | Banco.az

“Kapital Bank”dan “PAŞA Həyat Sığorta”ya transfer olub

“PAŞA Həyat Sığorta” ASC-nin yeni yaradılmış Satış kanalları və marketinq Departamentinə direktor təyin edilib.

Bu vəzifəyə Vüsal Nağıyev gətirilib.

O, bundan əvvəl “Kapital Bank” ASC-nin Satış kanalları Departamentinin direktoru olub.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

"Kapital Bank" isə 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 185,85 mln. manatdır. Bankın səhmlərinin 99,87%-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et