Kapital Bank-dan iş təklifi! | Banco.az

Kapital Bank-dan iş təklifi!

“Kapital” Bank namizədləri Əməliyyatlara Nəzarət şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

• Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etməsi;
• Bank əməliyyat sistemi və digər əməliyyat sistemlərinin rekonsilasiyası; 
• Filiallarda əməliyyat işcilərinin işinə funksional rəhbərlik/nəzarət etməsi.

Tələblər:

• Ali İqtisadi  təhsil; 
• Bankda minimum 1 illik iş təcrübəsi;
• Mərkəzi bankın müvafiq sahə üzrə təlimatların biliyi;
• Mühasibat uçotu üzrə anlayış olması arzuolunandır;
• Analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
• MS Office proqramları  üzrə güclü biliklər;
• Mükəmməl Azərbaycan dili, ingilis və rus dillərin orta bilikləri;
• Məsuliyyətlilik; 
• Ünsiyyət bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Komandada işləmə bacarığı;
• Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.

Ən sərfəli kredit üçün müraciət et

Müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik!

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et