Kanadanın bu sektorunda 30 min yeni işçiyə ehtiyac var | Banco.az

Kanadanın bu sektorunda 30 min yeni işçiyə ehtiyac var

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada kənd təsərrüfatının 30 min yeni fermerə ehtiyacı var.

Banco.az xəbər verir ki, Kanadada aparılan bir araşdırma müəyyən edib ki, ölkənin kənd təsərrüfatı sektorunun sağ qalması üçün 2033-cü ilə qədər 30 min yeni fermerə ehtiyac var.

Kanada Kral Bankı, Bostondakı Kanadanın Gələcəyi üçün Konsaltinq Qrup Mərkəzi və Guelf Universitetinin Qida İnstitutunun birgə hazırladığı hesabata əsasən, Kanadalı fermerlərin 40 faizindən çoxu növbəti 10 il ərzində təqaüdə çıxacaq.

Hesabatda qeyd olunub ki, sözügedən nisbətə ölkədəki 24 min ümumi təsərrüfat, tinglik və istixana operatoru daxildir və boşluq aradan qaldırılmasa, Kanada "qıtlıqla üzləşəcək".

Hesabatda həmçinin vurğulanıb ki, ölkədə 2001-ci ildə 346 min olan fermerlərin sayı ötən 20 ildə 262 min nəfərə qədər geriləyib, buna paralel olaraq kənd təsərrüfatına yararlı torpaqlar da azalıb.

Ən sərfəli kredit üçün müraciət et

“Kanadanın kənd təsərrüfatı sektoru artan dünya əhalisi üçün əhəmiyyətli dərəcədə daha çox ərzaq istehsal etməli olacaq”, deyə vurğulanan hesabatda qıtlığın kritik bir anda gələcəyinə diqqət çəkilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et