Kanadada işsizlik səviyyəsi son iki ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Kanadada işsizlik səviyyəsi son iki ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif:Ayşən İmanova/Banco.az

Kanadanın əmək bazarı gözlənilmədən iş yerlərini itirir və işsizlik səviyyəsi 2022-ci ilin yanvarından bəri ən yüksək səviyyəyə qalxıb.

Banco.az xəbər verir ki, mart ayında ölkə 2200 iş yerini itirib və işsizlik səviyyəsi 0,3 faiz bəndi artaraq 6,1%-ə yüksəlib.

Bu arada, iqtisadçılar iş yerlərinin 25 min artacağını və işsizlik nisbətinin 5,9% olacağını proqnozlaşdırıblar.Pandemiya dövrü xaricində Kanadada işsizlik səviyyəsi 2017-ci ildən bəri 6%-i keçməyib.

Qeyd edək ki, analitiklərin fikrincə, mart ayı məlumatları ölkənin əmək bazarında artan zəifliyi vurğulayır. Kanada Bankı çox güman ki, yaxın gələcəkdə faiz dərəcələrini aşağı salmaq imkanını nəzərdən keçirməli olacaq. Hal-hazırda 5%-dir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et