Kameral vergi yoxlamaları nə zaman keçirilməlidir? | Banco.az

Kameral vergi yoxlamaları nə zaman keçirilməlidir?

Vergi Məcəlləsinin 37.2-ci maddəsində göstərilir ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin məqsədləri üçün nəzərdə tutulmuş vergi hesabatından ibarət vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü ərzində təqdim edilməsi barədə bildiriş göndərir.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, göndərilən bildirişə görə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz: "Tutaq ki, "A" MMC-nin təqdim etdiyi sosial hesabatda uyğunsuzluq aşkar olunub və vergi ödəyicisi bununla bağlı dəqiqləşdirilmiş hesabat təqdim etdiyindən, artıq bu dəqiqləşdirilmiş hesabat üzrə yenidən kameral vergi yoxlaması aparılmır. Amma burada bir məqam var ki, onu vergi ödəyiciləri nəzərə almalıdırlar.

Ən sərfəli kredit üçün müraciət et

Misal üçün, tutaq ki, "A" MMC bildirişə əsasən dəqiqləşdirilmiş bəyannamə təqdim edib. Buna baxmayaraq, bildirişdə qeyd edilən çatışmazlıqla bağlı hər hansı addım atmayıb, sadəcə, təqdim etdiyi cari bəyannaməni düzəliş etmədən dəqiqləşdirilmiş formada təqdim edib. Təbii ki, bu halda həmin bəyannamə üzrə kameral vergi yoxlaması həyata keçiriləcək. Çünki vergi orqanı tərəfindən dəqiqləşdirilmiş bəyannamədə və hesabatda bildirişdə göstərilən əlavə sənəd və ya mənbəyi məlum olan məlumatların nəzərə alınıb-alınmaması araşdırılır. Araşdırma zamanı kənarlaşma aşkar olunduqda isə vergi orqanı tərəfindən vergi ödəyicisinə yeni bildiriş göndərilir".

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç