"JPMorgan" CEO-su FED-in faiz qərarlarını şərh edib | Banco.az

"JPMorgan" CEO-su FED-in faiz qərarlarını şərh edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan Chase & Co.”nun CEO-su Ceymi Dimon FED-in faiz qərarlarını şərh edib.

Banco.az xəbər verir ki, Ceymi Dimon FED-in uçot dərəcəsini gözləniləndən daha çox artıra biləcəyini,  lakin keçən ilki artımların təsirini görmək üçün faiz artımlarında fasiləyə üstünlük verəcəyini söyləyib.

O, qeyd edib ki, FED-in növbəti iclasda uçot dərəcəsini 5 faizə çatdırma ehtimalı 50 faizdirsə, 6 faizə çatdırma ehtimalı da eynilə 50 faizdir.

ABŞ-ın ən böyük bankının CEO-su olan Dimon uçot dərəcəsinin 5 faizlik həddinin qənaətbəxş olmama ehtimalını vurğulayaraq ölkəsinin faiz artım tempinin yavaş olduğunu, ancaq 3-6 gözləməkdən zərər gəlməyəcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et