İyulda ən çox gündəmdə olan banklar | Banco.az

İyulda ən çox gündəmdə olan banklar

İyul ayı ərzində mediada ən çox adı hallanan banklar bəlli olub. Banco.az portalı Media Consulting & Services-ə istinadən xəbər verir ki, ötən ay yenə haqqında ən çox danışılan bank Azərbaycan Beynəlxalq Bankı (1685 xəbər ilə) olub.

Yola saldığımız ayda Bankın administrasiyası və kreditorlar arasında razılıq əldə olunub ki, bu da bankı bir daha medianın gündəminə gətirib. Həmçinin Bank mətbuat günü ilə əlaqədar qələm əhlini bir yerə toplayıb vəxarici qonağın dəvəti ilə master-class təşkil olunub. 

Bu dəfə mətbutda ən çox adı hallanan ikinci bank isə Bank Standard (674 xəbər) olub. Bu məsələdə iflas olmuş bankın kreditorlar komitəsinin sədri Əkrəm Həsənovun yəqin ki rolu böyük olub. 

Ən sərfəli kredit üçün müraciət et

Üçüncü və dördüncü yerləri isə KapitalBank və Unibank, müvafiq olaraq 653 və 559 xəbərlə öz aralarında bölüşür. 

Servis xəbər verir ki, bank sektoru üzrə cəmi 21651 ad hallanması qeydə alınıb. 

Digər nəticələr ilə qrafikdə tanış ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et