İsveçrə bu qış enerji çatışmazlığı ilə üzləşməyəcək | Banco.az

İsveçrə bu qış enerji çatışmazlığı ilə üzləşməyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçrə Federal Elektrik Komissiyası (ELCOM) bu qış ölkədə elektrik enerjisi çatışmazlığının gözlənilmədiyini açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə komissiyanın sədri Urs Meister İsveçrənin SRF dövlət televiziyasına müsahibəsində qeyd edib.

O, ölkə əhalisinin bu qışı enerji çatışmazlığı ilə üzləşmədən keçirəcəklərini söyləyib.

“Elektrik çatışmazlığı ehtimalının olmamasının əsas səbəbi bu qış digər illərlə müqayisədə havanın mülayim keçməsidir. Beləliklə də, daha az qaz sərfiyyatına ehtiyac duyulur. Avropanın qaz anbarları əvvəlki illərlə müqayisədə doludur”, deyə sədr fikrini əsaslandırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et