İsveçdə nağd puldan imtinanın ölkə üçün təhlükə olduğunu qeyd edirlər. | Banco.az

İsveçdə nağd puldan imtinanın ölkə üçün təhlükə olduğunu qeyd edirlər.

Müəllif - Fərid İslamov/Banco.az

İnterpolun keçmiş rəhbəri: İsveçin nağd pulu qəbul etməkdən imtina etməsi ölkənin təhlükəsizliyini təhdid edə bilər

Banco.az xəbər verir ki, İnterpolun keçmiş prezidenti Björn Eriksson bildirdiyinə görə İsveçin nağd puldan uzaqlaşması ölkənin milli təhlükəsizliyinə təhlükə yarada bilər.

Onun sözlərinə görə, ölkəyə genişmiqyaslı kiberhücum baş verərsə, rəqəmsal ödənişlər risk altında ola bilər. Ekspert hesab edir ki, əskinaslardan imtina yeni tipli kriminal hüceyrələrin yaranması təhlükəsini də artıra bilər.

Ən sərfəli kredit üçün müraciət et

“İnsanlar başa düşməyə başladılar ki, Vladimir Putin üçün hər şeyi götürüb söndürmək çətin deyil”, - deyə İnterpolun keçmiş prezidenti izah edib.

Bundan əvvəl Bloomberg İngiltərə Bankının sədr müavini Con Kanlifə istinadən yazıb ki, Britaniya nağd puldan imtina etmək niyyətindədir, çünki pul tədricən ölkə iqtisadiyyatından silinir.

Onun sözlərinə görə, hazırda İngiltərədə kredit və debet kartları populyarlıq qazanır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et