İstiqraz bazarında böhran əlamətləri sezilir | Banco.az

İstiqraz bazarında böhran əlamətləri sezilir

FED-in keçmiş rəhbəri: "İstiqraz bazarında yaranmış "köpük" böhrana səbəb ola bilər"

"Qlobal istiqraz bazarında "köpük" yaranıb və bunun nəticəsi hər kəs üçün pis olacaq".

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) keçmiş rəhbərlərindən biri olan, bu vəzifədə 19 il çalışmış Alan Qrinspan çıxış edib. 

"Hər baxımdan uzunmüddətli faizlər çox aşağıdır və bu vəziyyət çox davam edə bilməz. Faizlər yüksəldikdə isə çox kəskin addımlar atılacaq. Biz hazırda bir "köpüyün" içərisindəyik", - o qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

ABŞ analitiklərinin əksəriyyəti aşağı faizlərin davam edəcəyi fikrində olsalar da, Qrinspan mərkəzi bankların monetar ekspansiya prosesini tamamlaması ilə birlikdə faizlərin sürətlə yüksələcəyini bildirib. 

Almaniyanın maliyyə nəhəngi "Deutsche Bank"ın əsas strategiya təhlili üzrə baş iqtisadçısı Binki Çada (Binky Chadha) isə bildirib ki, ABŞ-da istiqrazların gəlirliliyi mümkün maksimal həddən çox aşağıdır. "RBC Capital" baş iqtisadçısı Tom Porselliyə görə, inflyasiyanın yaratdığı təzyiqlər istiqraz bazarlarını hər an vura bilər. 

Ən sərfəli krediti almaq üçün müraciət et