İstehlakçılar günəş panelləri ilə pulsuz elektrik enerjisi istehsal edə bilərlər | Banco.az

İstehlakçılar günəş panelləri ilə pulsuz elektrik enerjisi istehsal edə bilərlər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Davam edən qlobal enerji böhranı bazarın şərtlərini yenidən müəyyənləşdirir.

Banco.az xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, ev təsərrüfatları və müəssisələrin daha yüksək enerji xərcləri ilə üzləşdiyi əsnada istehlakçılar bərpa olunan enerji mənbələrinə yönəlirlər.

İngiltərədə fəaliyyət göstərən Enerji və İqlim Kəşfiyyatı Birliyinin (ECIU) apardığı araşdırmaya görə, istehlakçıların həm qənaət etmək, həm də davamlılığa töhfə vermək üçün bərpa olunan enerji mənbələrindən biri olan günəş panellərindən istifadəsi böyük üstünlüklərə malikdir. 

Belə ki, günəş panellərinin quraşdırılmasına sərf olunan vəsait xaric edildikdən sonra bu panellər vasitəsilə 30 illik pulsuz elektrik enerjisi istehsal etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən 10 ilə nəzər saldıqda, qlobal miqyasda günəş enerjisi istehsalının 39% artdığını bəlli olur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et