İspaniya iqtisadiyyatının zəif rüblük artımı tənəzzüldən xəbər verir | Banco.az

İspaniya iqtisadiyyatının zəif rüblük artımı tənəzzüldən xəbər verir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İspaniya iqtisadiyyatı ilin III rübündə 0,2% artım göstərib ki, bu da texniki tənəzzülə işarə edir.

Banco.az xəbər verir ki, İspaniya Milli Statistika İnstitutu (INE) ölkədə iyul-sentyabr aylarını əhatə edən ilin III rübündə əvvəlki 3 aylıq dövrlə müqayisədə 0,2 faizlik iqtisadi artım qeydə alındığını açıqlayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,8 faiz böyüyən İspaniya iqtisadiyyatı üçün bu göstərici ikinci rübdə 6,8 faiz idi.

İnflyasiya da bu ay 7,3 faiz təşkil edib.

İstehlakın azalması, yüksək inflyasiya, enerji böhranı və maliyyə şərtlərinin sərtləşməsi İspaniya iqtisadiyyatının artım tempinin zəifləməsindəki əsas səbəblər kimi göstərilib.

Ən sərfəli kredit üçün müraciət et

Mütəxəssislər Kovid-19 tədbirlərinin tamamilə ləğv edildiyi turizm sektorunun İspaniyanı iqtisadi daralmadan və "pessimist qlobal mühitin zərbəsindən" xilas etdiyini düşünür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et