İşində dəqiq, məsuliyyətli və planlı olan namizədlərin nəzərinə! | Banco.az

İşində dəqiq, məsuliyyətli və planlı olan namizədlərin nəzərinə!

DəmirBank ASC Daxili Audit Departamentinə Şöbə müdiri vəzifəsinə işə qəbul elan edir. Banco.az portalı olaraq, vakansiya üzrə müraciət etmək istəyən şəxslərə işin təsviri və namizədə olan tələblər barədə məlumatı təqdim edirik. 

İşin təsviri:

 Audit Komitəsi tərəfindən təsdiq edilmiş illik plana əsasən Bankın funksional struktur bölmələrinin hərtərəfli auditinin aparılması və nəzarət edilməsi; 
 Bankın bütün struktur bölmələrinin fəaliyyətinin müvafiq Əsasnaməyə uyğunluğunun, işçilərin vəzifə təlimatlarının icrasının auditinin aparılması və nəzarət edilməsi;
 Normativ-hüquqi aktların və bankdaxili qaydaların icrasının vəziyyətinin auditinin aparılması və nəzarət edilməsi;  
 Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası,  İdarə Heyəti tərəfindən qəbul olunmuş qərarların icrasının auditinin aparılması; 
 Risk ehtimalı ilə əlaqədar bank kapitalının qiymətləndirilməsi sisteminin yoxlanılması və qiymətləndirilməsinin aparılması və nəzarət edilməsi;
 Bütün növ bank əməliyyatları üzrə mühasibat yazılarının və uçot məlumatlarının etibarlığının yoxlanılmasının təşkili;
 Elektron informasiya sistemləri və bank xidmətləri də daxil olmaqla, maliyyə və idarəedici informasiya sistemlərinin yoxlanılması və qiymətləndirilməsini təşkili;
 Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsini aparılması; 
 Bankın fəaliyyətində istifadə edilən beynəlxalq və korporativ idarəetmə standartlarının tətbiqini qiymətləndirilməsi; 
 Bankda mövcud olan daxili nəzarət sistemlərinin adekvatlığını qiymətləndirilməsi;
 Nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
 Audit zamanı aşkar edilmiş istisnalar və nöqsanlar haqda yekun qərar qəbul edilməsi üçün əlavə araşdırmalarının aparılması.

Namizədə qarşı tələblər:

Ən sərfəli kredit üçün müraciət et

 İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
 Azərbaycan mükəmməl, rus və ingilis dillərinində biliklər üstünlük hesab olunur; 
 Audit sahəsində ən azı 3 il iş təcrübəsinin olması;
 Maliyyə və audit şirkətlərində təcrübə üstünlük hesab olunur;
 İşində dəqiq, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli kimi bacarıqlara sahib olması;
 Yüksək səviyyədə idarəetmə qabiliyyətinin olması;
 Bank işini tənzimləyən qanunvericilik  və Mərkəzi Bankın normatıv sənədlərinin tələbliəri ilə yaxından tanış  olmalı;   
 Daim təşəbbüskar, davamlı, müstəqil və qərəzsiz fəaliyyət göstərməli;
 Bank sirri təşkil edən məlumatların məxfiliyini  qoruyub saxlamalı. 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 8 iyun 2014-cü il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Audit Şöbə müdiri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə, belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç