İşgüzarlıq və idarəetmə ilə bağlı aforizmlər | Banco.az

İşgüzarlıq və idarəetmə ilə bağlı aforizmlər

1. Həyatda qorxmalı olduğunuz heç nə yoxdur, sadəcə başa düşməli olduğunuz şeylər vardır. (Mariya Skladovskaya-Kyur)

2. Hər bir vəziyyətdə təsəlli olacaq nəsə tapmaq mümkündür, sadəcə yaxşı axtarmaq lazımdır. (D.Defo)

3. Həyata öz prizmandan baxdığın zaman sənə elə gəlir ki, özün üçün işləyirsən. Ancaq daha geniş prizmadan baxanda görürsən ki, əslində işgüzar dünyanın qanunlarını səndən daha yaxşı başa düşənlər üçün işləyirsən. (xalq hikməti)

4. Ən yanlış qərar belə qərarsızlıqdan yaxşıdır. (Т. Ruzvelt)

5. Bilik arxasınca qaçarkən biz öz müdrikliyimizi itirdik. (Т. Elliot)

6. Telefon kitabçası fakt ilə doludur, lakin orda bir dənə də olsun fikir yoxdur. (Mortimer Adler)

7. Sizin gələcək rifahınız öz verdiyiniz qərarlardan asılıdır. (D. Rokfeller)

8. Nəzakətlilik – süni şəkildə yaradılmış yaxşı əhval-ruhiyyədir.

9. Böyük fürsətlər hamının qarşısına çıxır, amma çoxları onlarla rastlaşdığını heç vaxt hiss etmir. (U. Çenninq).

10. Dahi əməlləri dərhal həyata keçirmək lazımdır, sonsuza qədər düşünüb-daşınmaq yox. (Yuli Sezar)

11. Firmaya sadiqlik peşə demək deyil, hələ işləmək də lazımdır. (P.S. Taranov)

12. İdarə etmək çox çətindir, əgər bunu təmiz vicdanla edirsənsə. (Napaleon I)

13. Əksəriyyətin məhəl qoymadığı xırda şeylərə yönələn diqqət bəzi insanları varlıya çevirmişdir. (Vilhelm Buş)

14. Zəiflər müharibə edir, güclülər ilə müharibəyə yol vermir.

15. Ağıllı adam öz səhvindən nəticə çıxarandır, müdrik isə səhvə yol verməyən.

Ən sərfəli kredit üçün müraciət et

16. Firma haqqında təəssüratlar ona edilən ilk telefon zəngindən yaranır. (Yapon menecmentinin prinsipi)

17. Başa düşmək istəməyən insanı başa salmaq qayanı qaşımaq qədər mənasızdır.  

18. Vaxt həmişə bizə göründüyündən daha gec olur. (Şərq kəlamı)

19. İnsanların bütün bədbəxtlikləri lazım olanı etmədiklərindən daha çox, lazım olmayanı etdiklərindən qaynaqlanır.  (Lev Tolstoy)

20. Hamı pul çatışmazlığından gileylənir, ağıl kasadlığından şikayət edən isə yoxdur.

21. Hər şey əqidədən asılıdır. (Anonim, yunan filosofu)

22. Bütün idarə etmə sənəti iki amilə söykənir: mükafatlandırmaq və cəzalandırmaq (II Mehmet, Osmanlı sultanı)

23. Digərinin etdiyi hər bir şey bizə yanlış görünür; amma elə ki, işin arxasına özün keçdin, onda vəziyyəti iki qat pisləşdirmiş olacaqsan. (Krılov İvan Andreeviç) 

24. Bütün ömrü boyu stabil bir işdən yapışmaq daha risklidir, nəinki öz biznesini qurmağı öyrənmək üçün riskə getmək. Birinci risk müvəqqəti xarakter daşıyır, digəri isə ömür  boyu davam edir. (Robert Kiosaki)

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et