İşdən çıxarılmış insan nə etməlidir? | Banco.az

İşdən çıxarılmış insan nə etməlidir?

Ola bilər ki, böhran zamanı ixtisara salınasınız. Bəs öz yoluna necə davam etmək olar? Dəhşətə gəlmək, inciklik, nifrət, qəzəb, özünəqapanma və s. kimi neqativ hisslərdən uzaq durun. Bütün psixoloqlar, onkoloqlar təsdiqləyir ki, sadalanan duyğular xronik xəstəliklərə, erkən qocalmaya, xərçəngə, erkən ölümə gətirib çıxarır. Odur ki, işdən çıxarılsanız, soyuqqanlı şəkildə oturun və fikirləşin. Siz işsiz qalmış birinci və axırıncı insan deyilsiniz!

Həmçinin oxu: İxtisar olunan işçi bunları mütləq bilməlidir

 

Bütün uğurlu insanlar krizis vəziyyətinə dəfələrlə düşüb və o vəziyyətdən məharətlə çıxıblar. Çünki krizislər onları idarə etmək üçündür! Nikbin olun. Məsələyə pozitiv yanaşın:

1. Rutin iş şəraitindən qurtuldunuz. Artıq müəyyən olunmuş qrafik üzrə işləməyə məhkum deyilsiniz.

2. Psixoloji azadlıq əldə etdiniz. Sırf vəd olunmuş maaşı ala bilmək və ya işdən qovulmamaq üçün kiminsə qarşısında alçalmağa, onun xoşuna gəlməyə çalışmalı olmayacaqsınız. Azadlıq duyğusu çox şeyə qadirdir.

3. Düşünməyə və planlaşdırmağa vaxtınız var. Planlaşdırma – gələcək xoşbəxt həyatın təməlində durur. Çünki məqsəd olmadan, hədəf müəyyən etmədən parlaq nəticə əldə etmək mümkün deyil.

Parlaq gələcəyə ilk addımlar nələrdir?

Həmçinin oxu: “Amazon” işdən çıxmaq istəyən əməkdaşlara 5000 dollar verir

 

Təmkinli adam təşvişə düşməz və düşünər ki, bu vəziyyətdən necə çıxmaq olar. Hərəkət alqoritminə nəzər salaq:

1. Peşəkar bacarıqlarınızın siyahısını tutun və onu iki sütuna ayırın. Sol sütuna əmək fəaliyyətiniz müddətində əldə etdiyiniz vərdiş və bacarıqları qeyd edin. Hətta bilavasitə peşəkar səlahiyyətlərinizə aid olmayanları da yazın. Məsələn, siz mühasibsiniz, amma tez-tez kooperativ tədbirlər təşkil etmisiniz və təşkilatçılıq qabiliyyətinə yiyələnmisiniz. Hamısını yazın.

 

2. Hobbilərinizi, uşaqlıq arzularınızı xatırlayın. Peşəniz və işinizlə bağlı olmayan bacarıq və vərdişlərinizi də sütunun aşağısında qeyd edin. Məsələn, siz dadlı şirniyyatlar hazırlayırsınız və ya müdrik anasınız (tərbiyəçi), evdə çoxlu heyvan saxlayırsınız və boş vaxtlarınızda onların təlimi ilə məşğul olursunuz.

Ən sərfəli kredit üçün müraciət et

 

3. Cəmiyyətdə mövcud olan tələbatları müəyyənləşdirin. Və müəyyən etdikcə sağ sütuna yazın. Məsələn: “Hətta müharibə vaxtı da insanlar çörək yeyir və su içir”, “böhran vaxtı da insanları müalicə etmək, öyrətmək, daşımaq, arıqlamağa kömək etmək, paltar tikmək, ərzaqla təmin etmək, onların yerinə düşünmək üçün və s. peşəkara ehtiyac duyulur”.

 

4. Öz istiqamətinizi seçin. İndi bütün verilənlər bazanız əlinizin altında olduğuna görə öz çıxış yolunuzu seçin.

 

5. Öz 4P marketinq planınızı tərtib edin.

Product(Məhsul) – Hansı bacarıq və qabiliyyətlərinizi “satacaqsınız”.

Price(Qiymət) – Neçəyə satacaqsınız

Place (Yer) – Planınızı harada reallaşdıracaqsınız

Promotion (Təqdimat) – Davranış və nitqiniz necə olacaq

 

6. Hərəkətə başlayın!

Planınız varsa, başlamaq asandır. Öz işinizi qurmaq istəyirsinizsə, vəsaitin olmaması faciə deyil. İstək, həvəs, ünsiyyətcillik və ya ünsiyyətcil şərik (bu,həyat yoldaşınız da ola bilər) varsa, cəsarətlə irəli addım atın.

Və yadda saxlayın!

Eyni zamanda həm halal, həm də asan yolla qazanc əldə etmək olmur. Xüsusən də böhran vaxtı. Yaxşı sənətkara, yaxşı peşəkara isə həmişə ehtiyac var.

Həmçinin oxu: Karyera yüksəlişinə mane olan 6 yanlış fikir

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et