İş yerlərinin fəaliyyəti ilə bağlı yeni qaydalar hazırlanacaq | Banco.az

İş yerlərinin fəaliyyəti ilə bağlı yeni qaydalar hazırlanacaq

Azərbaycanda pandemiya dövründə strukturlar və xidmət sahələrinin fəaliyyəti ilə bağlı yeni qaydalar hazırlanacaq.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir.

Qeyd olunan qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et