İŞ VAR! - Bank Respublika-da VAKANSİYA | Banco.az

İŞ VAR! - Bank Respublika-da VAKANSİYA

 

Bank Respublika ASC «Partnyorlarla iş üzrə mütəxəssis» vəzifəsi üzrə vakansiyalar elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik

 

Ümumi vəzifə öhdəlikləri:

  • Potensial partnyor ola biləcək şirkətlərin araşdırılması və əlaqələrin qurulması;
  • Partnyorluq danışıqlarının aparılması və bank məhsullarının təqdimatı;
  • Əməkdaşlıq üzrə sənədləşmənin həyata keçirilməsi;
  • Partnyor şəbəkəsi üzrə statistik təhlilərin aparılması və hesabatların hazırlanması;

Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi və kampaniyaların həyata keçirilməsi.

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.

Namizədə qarşı tələblər:

Ən sərfəli kredit üçün müraciət et

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı);
  • MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
  • Təcrübə: müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzu olunandır;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

 

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 mart 2019-cu iltarixinədəkHR@bankrespublika.azelektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində“Partnyorlarla iş üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç