İş axtarırsınız? Expressbank-la karyera qurun! | Banco.az

İş axtarırsınız? Expressbank-la karyera qurun!

Təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılı olmayaraq, iş axtaranlar üçün xoş xəbər!

8 sentyabr saat 11.00-dan 18.00 kimi, Expressbank-ın Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C ünvanında yerləşən Müştəri Xidmətləri Departamenti filialında, bank sahəsində karyera qurmaq istəyənlər üçün açıq qapı günü keçiriləcək.

Bu tarixdə, bankın İnsan Resursları departamentinin əməkdaşları iş axtaranların suallarına cavab verəcək, CV qəbul edəcək, namizədlərlə müsahibələr keçirəcəklər.  

Ən sərfəli kredit üçün müraciət et

Expressbank – ölkəmizin aparıcı banklarından biri olaraq, daim inkişaf edir və filiallar şəbəkəsini genişləndirir. Bank uğurunun səbəbini düzgün seçilmiş kadrlarda görür.  Onlar banka həm püxtələşmiş mütəxəssislər kimi, həm də karyerasını yeni başlayan, gələcəyin yüksək səviyyəli peşakarlarına çevriləcək dünənin tələbələri kimi gələ bilərlər.

Expressbank işçilərinə yüksək əmək haqqı, təlimlər, peşəkar komanda və daimi motivasiya və inkişaf təklif edir. 

Bütün maraqlananlar göstərilən zamanda filiala yaxınlaşıb, vakansiyalar barədə tam məlumat ala bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et