İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Biznesə başlama” mövzusunda təlim keçirilib | Banco.az

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Biznesə başlama” mövzusunda təlim keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində daha da təkmilləşdirilmiş elektron müraciət sistemi ilə bağlı təqdimat keçirilib. Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə keçirilən tədbir zamanı Biznesə başlama sahəsində aparılan islahatlar, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə daha da təkmilləşdirilmiş elektron sistem və ondan istifadə qaydaları ilə bağlı suallar cavablandırılıb.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” üzrə biznesə başlama sahəsində aparılan islahat prosesində sahibkarlıq subyektləri ilə iş nəzərdə tutulan icra və kommunikasiya planının prioritet istiqamətlərindəndir. Bu səbəbdən yeni elektron sistem üzrə sahibkarlıq subyektləri üçün aparılan təlim və görüşlər davamlı olaraq həyata keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra Vergilər Nazirliyinin müşaviri Ələkbər Məmmədov təkmilləşdirilmiş elektron müraciət sistemi ilə bağlı ətraflı məlumatlar təqdim edib. Həmçinin 60-a yaxın sahibkar və startapın sualları cavablandırılıb.

Qeyd edək ki, sahibkarlıq subyektləri üçün ilin sonuna qədər davamlı olaraq keçiriləcək təlim və görüşlərin nəticələri təhlil olunacaq. Bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə təkliflər Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et