İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 2023-cü ildə artım gözləmir | Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı 2023-cü ildə artım gözləmir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadiyyatın artmaqda olan çətinliklərlə üz-üzə olduğunu bildirib.

Banco.az xəbər verir ki, OECD-nin "Qlobal İqtisadi Görünüş" hesabatına görə, qlobal iqtisadiyyatın artım tempi zəifləyib, inflyasiya uzun müddətdir ki, yüksək olaraq qalır, inam zəifləyib və qeyri-müəyyənlik yüksəkdir. 

Rusiyanın Ukraynaya qarşı müharibəsi xüsusilə enerji qiymətlərini əhəmiyyətli dərəcədə bahalaşdırıb, eyni zamanda inflyasiya təzyiqlərini artırıb.

Bu perspektivlərə əsasən, OECD qlobal ÜDM artımının bu il 3,1 faiz, gələn il isə daha da yavaşlayaraq 2,2 faiz olacağını proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Təşkilat inkişaf etmiş aparıcı iqtisadiyyatlarda əsas inflyasiyanın bu il 6,3 faizə çatmasından sonra gələn il 4,25 faizə geriləyəcəyini, 2024-cü ildə isə 2,5 faizə düşəcəyini gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et