İqtisadi əhəmiyyətli 5 oxunmalı kitab | Banco.az

İqtisadi əhəmiyyətli 5 oxunmalı kitab

David Cameron: "Hər şey iqtisadiyyatla başlayıb onunla da sona çatır. Buna görə də güclü iqtisadiyyata sahib olmadan istər təhsil, istərsə də digər sahələrdə uğur qazanmaq mümkün deyil".

David Cameron ingilis siyasətçisi olaraq iqtisadiyyatın nə qədər vacib olduğunu vurğulayır. Həyatımızı bütün hissəsini əhatə edən iqtisadiyyatın vacibliyini əsas tutaraq sizlərə 5 dəyərli iqtisadi kitabı təqdim edirik.

1. Bir dərsə iqtisadiyyat (Economics in One Lesson - Henry Hazlitt)

Amerikan jurnalisti Hennry Hazlitt bir sıra Amerika jurnallarında iqtisadiyyat və biznesə bağlı ictimai məqalələr yazırdı. İqtisadiyyata olan marağı sonda onun bu kitabı yazmağına ilham verdi. Müəllif iqtisadiyyatı qısa və sadə dildə izah edərək, bəzi əsas və əhəmiyyətli iqtisadi prinsipləri oxucuya çatdırır.

2 bölmə və 24 fəsildən ibarət bu kitabın ilk nəşri 1946-cı ildə olmuşdur. Böyük hissəni özündə cəmləşdirən 2-ci bölmədə azad ticarətin tətbiqi, qiymətlətin tənzimləməsi, infilyasiya və hökümət xərclərinin stimullaşdırılmasına qarşı mövzuları əhatə edir. Bir sözlə, müəllif liberal tərəfdarı olaraq, iqtisadi tənzimləməni rədd edir. O da klassik iqtisadçılar kimi azad bazar tərəfdarı olaraq, bazarı onun öz qanunları tərəfindən tənzimlənməsini iqtisadiyyatın inkişafı üçün əsas sayırdı.

Related image

2. Seçim azadlığı (Free to Choose: A Personal Statement - Rose Friedman and Milton Friedman)

Rose Friedman and Milton Friedman tərəfindən yazılan bu kitab azad bazarın cəmiyyətin bütün üzvləri üçün ən yaxşı şəkildə fəaliyyət göstərdiyini, azad bazarın əhalinin rifahının necə inkişaf etdiyini və bunun əksi olan digər yanaşmaları təkzib edir. Yəni iqtisadiyyatın tənzimlənməsini əsas tutanların fikirlərinin iqtisadiyyatda yaratdığı və yaradacağı problemlərdən bəhs edərək, azad bazarın bunları həll edəcəyi nümunələr irəli sürür.

10 fəsildən ibarət bu kitab 1980-ci ildə çap olunmağa başlamışdır. Nəşrindən 5 həftəlik qısa müddət ərzində ABŞ-ın ən çox satılanlar siyahısında yer almışdır.

Related image

3. Millətlər niyə tənəzzül edir? Hakimiyyət, tərəqqi və yoxsulluğun səbəbləri (Why Nations Fail: The Origins of Power, Prosperity, and Poverty - Daron Acemoglu & James Robinson)

Müəlliflər müasir dövrün aktual mövzularından birinə toxunublar. Kitab tarixi araşdırmalara əsaslanaraq, ölkələr arasında yoxsulluq fərqlərinin səbəblərini önə çəkiblər. Eyni iqlim qurşağında, coğrafi zonada və ya eyni dini, mədəniyyəti paylaşmaqlarına baxmayaraq ölkələr arasındakı inkişaf və gəlirdəki fərqlərinin nədən qaynaqlandığı haqqında əsaslı məlumatlar diqqətə çatdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Türk – amerikan iqtisadçıları tərəfindən yazılan kitab 15 fəsildən ibarət olmaqla ilk dəfə 2012-ci ildə nəşr olunmuşdur.

Image result for Why Nations Fail: The Origins of Power, Prosperity, and Poverty

4. Sıfırdan az: İnkişaf edən iqtisadiyyatda qiymət səviyyəsinin aşağı düşmə halı (Less than Zero: The Case for a Falling Price Level in a Growing Economy - George Selgin)

Kitab inkişaf edən iqtisadiyyatda deflyasiya hallarını diqqətimizə yönəldir. İnfilyasiyadan daha təhlükəli olan deflyasiya siyasətçilərin və iqtisadçıların həmişə diqqət mərkəzində olub. Bu təhlükənin qarşısını almaq üçün hazırda mərkəzi banklar 2%-lik hədəf infilyasiyasını həyata keçirirlər, yəni hər il qiymətləri cuzi şəkildə artırılması yolunda addımlar atılır. Müəllif deflyasiyanı pis və yaxşı olaraq iki hissəyə ayrır. Belə ki, pis deflyasiya məcmu tələb şokunun yaranması ilə nəticələndiyi halda, yaxşı deflyasiya qiymətlərin enməsindən irəli gələn rəqabət nəticəsində məhsuldarlığı artırır.

Cəmi 6 fəsli əhatə edən bu kiçik kitab monetar siyasətlə maraqlananlar üçün əsl oxunmalı kitabdır.

5. Məşğulluq və pulun ümumi nəzəriyyəsi (The General Theory of Employment Interest and Money - John Maynard Keynes)

İqtisad elminin tarixində ən vacib kitablardan biri də makro iqtisadın atası sayılan C.M.Keyns tərəfindən yazılan “Məşğulluğun və pulun ümumi nəzəriyyəsi”dir. Böyük Depresiya illərində yazılan bu kitab iqtisadiyyatda dönüş yaratdı. Resesiya dövründə iqtisadi fəallığın azalmasının çıxış yolu kimi hökümətin məcmuu tələbi artırmaq üçün xərclərini artırması ilə iqtisadiyyata müdaxiləsini irəli sürdü. O, bu nəzəriyyəsi ilə həmin vaxtda ABŞ-da başlamış və sonradan öz təsirini digər ölkələrə ötürən böhranın qarşısını almışdır.

Bəzi iqtisadçıların bu fikirləri qəbul etməsə də, reallıq bunu göstərir ki, dövlətin müdaxiləsi olmadan iqtisadiyyat öz-özünü kifayət qədər tənzimləyə bilmir.

Image result for The General Theory of Employment Interest and Money

Tərlan Qəhrəmanova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et