İqtisadçı qiymət limitinin Rusiya üçün təsirlərindən danışıb | Banco.az

İqtisadçı qiymət limitinin Rusiya üçün təsirlərindən danışıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiyanın milli enerji təhlükəsizliyi fondunun eksperti Stanislav Mitraxoviç ölkənin neft məhsullarına bir barel üçün 100 və 45 dollar qiymət limitinin tətbiqinin hansı nəticələrlə sonlanacağını açıqlayıb.

Banco.az xəbər verir ki, iqtisadçının sözlərinə görə, yanacağın qiyməti müqavilədəki limitdən yüksək olduğu təqdirdə, Avropa İttifaqının gəmiçilik şirkətləri neft məhsullarını Rusiyadan üçüncü ölkələrə limit çərçivəsində çatdırılmasını həyata keçirə bilməyəcək.

Eyni zamanda, Rusiyadan neft məhsulları ixrac edənlər Avropa ölkələri ilə müqavilələrin azaldılması siyasəti davam etdiriləcək. Ekspert həmçinin Rusiya ixracatçı şirkətlərinin Qərb gəmiçilik şirkətləri ilə ımıkdaşlıq etməkdən yan keçməyə davam edəcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et