iPhone - nun qiyməti 3 dəfə artdı | Banco.az

iPhone - nun qiyməti 3 dəfə artdı

“Apple” yeni ağıllı telefon modellərini bazara çıxardıqdan sonra iPhone XS Max – ın 1449 dollara çatan qiyməti texnologiya aləminin gündəminə çevrilib. Şirkət, keçən il buraxdığı iPhone X modeli ilə keçdiyi 100 dollarlıq qiymət sərhədini yeni modellərlə bir üst səviyyəyə çatdırdı.

Həmçinin oxu: Apple yeni “iPhone” – ları və ağıllı saatını tanıtdı - QİYMƏTLƏR

Ən aşağı qiyməti 1099 dollardan başlayan iPhone Xs Max – ın 512 GB – lıq modelinin ABŞ üçün elan edilən satış qiyməti 1449 dollar olub.

2018 iPhone XR iPhone Xs iPhone Xs Max

Ən sərfəli kredit üçün müraciət et

“Apple” şirkətinin, ilk modelini 2007 – ci ilin iyun ayında bazara çıxardığı iPhone – un həmin illərdə 499 dollar olan satış qiyməti, yeni modellərin istehsalı ilə 1449 dollara çatdı. Beləliklə də “Apple” – ın 499 dollarla daxil olduğu ağıllı telefon bazarında iPhone qiymətləri 950 dollar yüksəlmiş oldu. 11 illik bu müddət ərzində 21 fərqli iPhone modeli buraxan “Apple” – ın bu vaxta qədər satdığı cəmi smartfon ədədi 1.4 milyarda çatarkən, bazar dəyəri 1 trilyon dolları keçən şirkətin təkcə iPhone – lardan əldə etdiyi gəlir belə 900 dollara çatıb.

2007 – ci ildə ən bahalı iPhone modeli olan 8 GB – lıq iPhone smartfonu 599 dollara satılırdısa, gələn həftə satışa çıxarılacaq ən bahalı iPhone modeli 1449 dollar dəyərindəki 512 GB – lıq iPhone Sx Max olacaq.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et