İnternational Kredit Təşkilatı daha bir xeyriyyə aksiyası keçirib | Banco.az

İnternational Kredit Təşkilatı daha bir xeyriyyə aksiyası keçirib

Bank olmayan kredit təşkilatı "International" QSC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz Birlikdə Güclüyük!” devizi altında vətəndaşların COVİD-19 pandemiyasına qarşı həmrəylik nümayiş etdirmək çağırışına qoşulub. Qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əmakdaşlığı çərçivəsində sosial durumu həssas olan şəxslərə dəstək xarakterli tədbirlər həyata keçirir.

Təşkilat “Evdə qal!” aksiyası çərçivəsində maddi durumu pisləşən ailələrə baş çəkərək #bizbirlikdəgüclüyük devizini bir daha sübut etmiş oldu.  Belə ki, sözügedən təşkilat tərəfindən 100 aztəminatlı ailəyə gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı göndərilib. Təşkilatdan Banco.az-a bildirilib ki, İnternational Kredit təşkilatı sosial durumu həssas olan və eyni zamanda qayğıya ehtiyacı olan əhali qruplarına mütəmadi olaraq dəstək göstərir və onların həyat şəraitinin və güzəranının daha da yaxşılaşdırılması üçün həm maddi və həm də mənəvi dəstək olur. Təşkilat bundan sonra da oz ənənələrinə sadiq qalaraq bu cür sosial və cəmiyyət üçün vacib layihələri davam edəcəyini və daima ölkə insanlarının və qayğıya ehtiyacı olan insanların yanında olacağını bildirmişdir.

Xatırladaq ki, "İnternational" kredit təşkilatı Azərbaycan Respublikasının Prezidenti tərəfindən  COVİD-19 pandemiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədi ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna da 10 000 manat məbləğində vasait köçürüb. Təşkilat fonda köçürmə etmiş ilk təşkilatlar sırasındadır.  Korporativ sosial məsuliyyət çərçivəsində daim müxtəlif tədbir və xeyriyyə aksiyaları ilə seçilən "International" QSC xalqımıza dəstək məqsədi ilə ölkə başçısı tərəfindən irəli sürülən təşəbbüsə qoşulub. Şirkət koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq və məhdudlaşdırmaq istiqamətində dövlətin səylərini dəstəkləməyi öz vəzifəsi hesab edir.

Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əlivev Fondunun prezidenti Mehriban Əliyevanın ölkədə qan xəstəliklərindan əziyyət çəkən və qana ehtiyacı olan şəxslərin ehtiyaclarının təmin edilmasi üçün təşəbbüsündə də, təşkilatın əmakdaşları fəal iştirak ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et