Instagramda mavi ulduz almaq üçün nə etmək lazımdır? | Banco.az

Instagramda mavi ulduz almaq üçün nə etmək lazımdır?

Hal-hazırda bir çox sosial media vasitələri yalnız əyləncə məqsədilə ilə deyil, o cümlədən gəlir reklam vasitəsi kimi istifadə olunur. Təbii ki, bu mövzuda da bir çox problemlər özünü göstərməkdədir. Bunlara misal olaraq, daha çox kütlənin diqqətini cəlb etmək üçün yaradılan saxta profilləri göstərmək olar. Bunu nəzərə alan sosial media vasitələri yeni həll yolları təklif etməkdədirlər. Bunlardan biri də Instagramın təklif etdiyi “mavi ulduz”dur. Bu işarə əsas etibarilə tanınmış şəxslərin və firmaların real profillərini digər saxta hesablardan ayırmaq üçün istifadə olunur. Təbii ki, mavi ulduz almaq üçün sizin böyük izləyici kütlənizin olması vacib şərtlərdən biridir. Amma əgər belə kütləyə sahibsinizsə və hələ də profilinizdə bu ulduza sahib deyilsinizsə, onda bunun üçün online müraciət ünvanlaya bilərsiniz.

Banco.az mavi ulduz almaq istəyənlərə müraciət formasını təqdim edir. Bunun üçün aşağıdakı ardıcıllıqla prosesi həyata keçirməlisiniz.

Instagrama daxil olanda sağ alt tərəfdəki “Profil” hissəsinə daxil olun.

Bundan sonra “Tənzimləmələr” bölməsinə daxil olursunuz. 


Daha sonra qarşınıza çıxan alt menyudakı “Tənzimləmələr” bölməsinə daxil olursunuz.

Ən sərfəli kredit üçün müraciət et

Menyuya daxil olduqdan sonra “İstəyi təstiqlə” seçimini edirsiniz.

Bundan sonra qarşınıza çıxan formu doğru şəkildə doldurun.

Daha sonra özünüzə məxsus passport və ya kimliyinizi təstiqləyən sənədin üzünü çıxarıb online müraciətə əlavə etməlisiniz.

Bütün bu mərhələləri tamamladıqdan sonra sizə 25-30 gün müddətində cavab veriləcək. Amma təbii ki, mavi ulduzun verilməsi Instagram heyətinə qalmış bir qərardır. Qəbul edilmədiyi təqdirdə yenidən müraciət edə bilərsiniz.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et