Instagram fotoşəkilləri üçün xüsusi ev dizayn edilib | Banco.az

Instagram fotoşəkilləri üçün xüsusi ev dizayn edilib

Nyu Yorkun məşhur SoHo küçəsinin mərkəzində bir mənzil binası, Instagram fotoşəkilləri üçün ən ideal mühit təklif edir.

Influencer agentliyi olan Village Marketing tərəfindən hazırlanan 220 kvadrat metrlik ev ayda 15 min Dollara Instagram fenomenlərinə icarəyə verilir.

Həmçinin oxu: Instagram səhifələrini effektiv idarə etmək üçün 5 tətbiq

Village Marketing agentliyinin qurucusu Vickie Segar Instagram məşhurlarının məhz şəkil çəkmək üçün otel otaqları kirayələdiklərini və ya mebel mağazalarına getdiklərini gördüyü zaman belə bir ev dizayn etməyin yaxşı fikir olduğuna qərar verib.

lz89r4 - New York'ta Instagram Fotoğrafı Çekmek İçin Bir Ev Tasarlandı

İnternet mağazası vasitəsilə satışlarını həyata keçirən Wayfair mebel şirkəti də mənzili ödəniş olaraq mebellərlə təchiz edib. Şirkətin bu işdən gözləntisi tamamilə məhsullarının reklamının düzgün təşkil edilməsidir. Hətta şirkətin bu sahə üzrə çalışan xüsusi komandası da fəaliyyət göstərir. SoHo küçəsindəki bu ev açıldığı avqust ayından etibarən Wayfair şirkəti öz rəsmi Instagram səhifəsində 5 milyon izləyici əldə edib.

Həmçinin oxu: Sosial media hesablarından istifadəni asanlaşdıracaq 5 Onlayn vasitə

Ən sərfəli kredit üçün müraciət et

Dizayner Maggie Lydecker bu evdə Instagram – da gözəl görünəcək məkanlar yaratmağa çalışıb. Çəhrayı rəngin hələ də çox populyar olduğunu söyləyən dizayner, evdə otaq deyil çərçivə dizayn etdiyini bildirir. Bu çərçivələr şəkillərdə xoş mənzərə yaradacaq kənarlardan ibarətdir.

Həmçinin oxu: Loqolardakı rənglərin psixoloji təsirləri: Çəhrayı

6999mu - New York'ta Instagram Fotoğrafı Çekmek İçin Bir Ev Tasarlandı

Foto şəkillərin yaxşı olması üçün evə bol günəş işığı düşməsi vacibdir. Bu səbəbdən də evin pəncərələrində pərdədən istifadə edilməyib. Ev şəkil çəkdirmək üçün ideal olsa da, daimi yaşayış üçün uyğun deyil.

ofby7y - New York'ta Instagram Fotoğrafı Çekmek İçin Bir Ev Tasarlandı

Həmçinin oxu: İnternetdən pul qazanmağın hansı yolları var? - 22 üsul

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et