İngiltərənin keçmiş maliyyə naziri baş nazir postuna namizədliyini irəli sürüb | Banco.az

İngiltərənin keçmiş maliyyə naziri baş nazir postuna namizədliyini irəli sürüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rişi Sunak "Twitter" hesabında Mühafizəkarlar Partiyasının liderliyinə və baş nazirliyə namizədliyini irəli sürdüyünü açıqlayıb.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak bazar günü vəzifəsindən istefa verən Liz Trussın yerinə baş nazir postuna namizəd olacağını bildirib.

Rəsmi "Twitter" hesabından açıqlama edən keçmiş nazir yazısında aşağıdakı ifadələrə yer verib:

"Böyük Britaniya möhtəşən ölkə olsa da, biz hazırda dərin iqtisadi böhranla qarşı-qarşıyayıq. Bu səbəbdən də, Mühafizəkarlar Partiyası liderliyinə və baş nazir postuna namizədliyimi elan edirəm."

Xatırladaq ki, Sunak sentyabr ayında keçirilən və ölkə daxilində Mühafizəkarlar Partiyası üzvlərinin səs verdiyi seçkilərdə Boris Consonu əvəz edərək baş nazir olmaq uğrunda mübarizəni Liz Trassa uduzmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et