İngiltərədə yüksək inflyasiya milyonlarla insan üçün ipoteka böhranına səbəb olur | Banco.az

İngiltərədə yüksək inflyasiya milyonlarla insan üçün ipoteka böhranına səbəb olur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada yüksək inflyasiya milyonlarla insan üçün ipoteka böhranına səbəb olur.

Banco.az xəbər verir ki, İngiltərə Mərkəzi Bankının qiymət artımını cilovlamaq atdığı addımlar tənəzzül riski daşıyır.

Artan ipoteka ödənişləri Britaniyada milyonlarla borcalanın maliyyə vəziyyətinə təsir göstərir. Nəticədə insanların məişət xərcləri azalır, iqtisadi artım ləngiyir.

Odur ki, İngiltərə Bankının (mərkəzi bank) ölkəni tənəzzülə sürükləmədən inflyasiyanı cilovlamaq arzusunu reallaşdırması getdikcə daha da uzaq görünür. Məlum olduğu kimi, mərkəzi bank cümə axşamı keçirdiyi iclasda uçot dərəcəsini 5 faizə çatdırmalı olub ki, bu da inflyasiyanın yavaş-yavaş soyumasına görədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et