İngiltərədə inflyasiyanın qış aylarında pik həddə çatacağı gözlənilir | Banco.az

İngiltərədə inflyasiyanın qış aylarında pik həddə çatacağı gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankının sədri Endryu Beyli qış aylarında ölkə inflyasiyasının pik həddə çatacağını söyləyib.

Banco.az xəbər verir ki, “The Journal” nəşrinə müsahibə verən İngiltərə Bankının (BoE) rəhbəri Endryu Beyli bildirib ki, Böyük Britaniyada inflyasiya istədiyi səviyyədən xeyli yüksəkdir.

Beyli ölkədə inflyasiyanın azaldılması istiqamətində atılan addımların ancaq qarşıdakı 18-24 ay ərzində öz təsirini göstərəcəyini xatırladıb.

“İnflyasiya əsasən əhalinin ən yoxsul təbəqəsi üçün pisdir. Xüsusilə, bu inflyasiya pisdir” deyən Beyli İngiltərə Bankının (mərkəzi bank) qarşıdakı dövrdə uçot dərəcəsinin artırılması ilə bağlı qərar verə biləcəyini, həmçinin krallıqda inflyasiya səviyyəsinin qış aylarında pik həddə çatacağını dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et