İngiltərə və Səudiyyə Ərəbistanı bu sahə üzrə əməkdaşlığı dərinləşdirəcək | Banco.az

İngiltərə və Səudiyyə Ərəbistanı bu sahə üzrə əməkdaşlığı dərinləşdirəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya və Səudiyyə Ərəbistanı kritik mineral əməkdaşlığını dərinləşdirəcək.

Banco.az xəbər verir ki, Böyük Britaniya və Səudiyyə Ərəbistanı kritik mineral bazarında qeyri-sabitlik və tədarük zənciri riskləri səbəbindən ehtiyatlarını şaxələndirmək və yeni investisiya imkanlarını qiymətləndirmək üçün əməkdaşlığı dərinləşdirməyə qərar veriblər.

Bu barədə Britaniya hökuməti məlumat yayıb.

İki ölkə arasında kritik minerallar sahəsində əməkdaşlığın artırılmasına dair qərarın Böyük Britaniyanın Biznes, Enerji və Sənaye Strategiya naziri Qrant Şapsın Ər-Riyad şəhərində iştirak etdiyi Gələcək Minerallar Forumunda qəbul edildiyi qeyd edilib.

Bəyanatda Səudiyyə Ərəbistanının əməkdaşlıq çərçivəsində İngiltərənin qabaqcıl istehsal və mədən sektorlarına sərmayə qoyacağı, ingilis mədən şirkətlərinin də Səudiyyə Ərəbistanındakı yeni imkanları dəyərləndirmə imkanı əldə edəcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bəyanatda həmçinin qrafit və litium kimi mineralların iqtisadiyyat üçün kritik əhəmiyyətə malik olduğu vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et