İngiltərə Mərkəzi Bankının faiz qərarı təəccüb doğurub | Banco.az

İngiltərə Mərkəzi Bankının faiz qərarı təəccüb doğurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankı (mərkəzi bank) bazar gözləntilərinin əksinə olaraq faiz dərəcəsini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, İngiltərə Bankı (BOE) inflyasiyanın aşağı düşməsi və tənəzzül qorxularının artması fonunda son üç onillikdən çox müddət ərzində həyata keçirdiyi ən aqressiv sərtləşdirmə dövrünü başa vurub.

Belə ki, BOE uçot dərəcəsini 5,25 faiz səviyyəsində saxlayıb.

Qeyd edək ki, iqtisadçılar faiz dərəcəsinin 5,50 faizə yüksələcəyini gözləyirdilər.

Xatırladaq ki, ölkədə faiz dərəcəsinin 0,1 faiz olduğu 2021-ci ilin dekabrında başlayan monetar sərtləşdirmə dövründə uçot dərəcəsi ardıcıl 14 dəfə artırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et