İngiltərə idxal olunan məhsullara karbon vergisi tətbiq edəcək | Banco.az

İngiltərə idxal olunan məhsullara karbon vergisi tətbiq edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

2027-ci ildən etibarən Böyük Britaniyaya idxal olunan məhsullara karbon vergisi tətbiq olunacaq.

Banco.az xəbər verir ki, Böyük Britaniya Maliyyə Nazirliyinin bəyanatına görə, sərhəddə karbon tənzimləmə mexanizminin məqsədi gələcəkdə ölkəyə karbon sızması riskini azaltmaq və iqtisadiyyatın dekarbonizasiyasına töhfə verməkdir.

Bu çərçivədə 2027-ci ildən etibarən alüminium, polad, keramika, gübrə, şüşə, hidrogen, dəmir və polad sektorlarında idxal olunan məhsullara karbon vergisi tətbiq ediləcək.

Tətbiq ediləcək vergi idxal olunan malların istehsal prosesi zamanı karbon emissiyalarının miqdarına və əgər varsa, mənşə ölkəsində tətbiq edilən karbon qiyməti ilə İngiltərədəki istehsalçılara tətbiq edilən karbon qiyməti arasındakı fərqə görə müəyyən ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et