İngiltərə Bankı beynəlxalq bankları ölkədə törəmə şirkətlər yaratmağa məcbur edə bilər | Banco.az

İngiltərə Bankı beynəlxalq bankları ölkədə törəmə şirkətlər yaratmağa məcbur edə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankı (BoE) beynəlxalq bankları ölkədə törəmə müəssisələr yaratmağa məcbur etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, İngiltərə Bankı (BoE) (mərkəzi bank) daha çox beynəlxalq bankı törəmə şirkətlər yaratmağa məcbur etməyi düşünür.

Bu barədə “The Financial Times” nəşri xəbər yayıb.

Bildirilib ki, BoE bu planı ilin əvvəlində ABŞ-ın Silikon Vadisi Bankının (SVB) müflisləşməsi ilə bağlı araşdırma prosesinin bir hissəsi kimi nəzərdən keçirir.

BoE-nin daha çox beynəlxalq bankı Böyük Britaniyada törəmə şirkətlər qurmağa məcbur etmək planının sektorda müsbət qarşılanmama ehtimalı olduğu qeyd edilən xəbərdə vurğulanıb ki, törəmə müəssisələrin yaradılması tənzimləyici orqanlara mümkün müflisləşmə halında bu təşkilatları nəzarətə götürməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ-dakı ana şirkətinin iflasından sonra SVB-nin Böyük Britaniya filialı İngiltərədəki müştərilərinə xidmət göstərməyə davam etmək üçün mart ayında HSBC-yə satılmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et