İngilislər qiymətlərin bahalılığını belə dilə gətiriblər | Banco.az

İngilislər qiymətlərin bahalılığını belə dilə gətiriblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərənin "The Sun" qəzeti qida qiymətlərindəki artımı söz oyunu ilə dərc edib.

Banco.az xəbər verir ki, Milad bayramı öncəsi hind toyuğu qiymətlərinin yüksək olduğunu vurğulayan qəzet Türkiyəni daxil etdiyi reaksiyalara səbəb olacaq söz oyunu ilə oxucularına müraciət edib.

Belə ki, “Milad Şoku” başlıqlı məqalədə ingilis dilindən tərcümədə həm “Türkiyə”, həm də “hind toyuğu” mənasını verən “Turkey” sözü vurğulanmaqla hazırda ölkədə hind toyu almağın Türkiyəyə uçmaqdan daha baha olduğu qeyd olunub.

Xəbərdə 8-12 nəfərlik orqanik hind toyuqlarının 136,60 funt-sterlinqə satıldığı, 29 dekabr tarixli biletlə Birmingemdən Türkiyəyə isə 104 funt-sterlinqə uçmağın mümkünlüyü əks olunub.

İngiliz gazete Türkiye uçuşunu hindi fiyatı ile kıyasladı: Daha ucuz! |  Turizm Güncel - Turizm Haberleri - Turizm Gazetesi

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, iyun ayında Türkiyənin istəyinə əsasən, xarici dillərdə “Türkiyə” mənasını verən “Turkey” ifadəsi Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Türkiye” olaraq dəyişdirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et