Tamara Mustafayeva, Banco.az
HSBC ilin sonuna olan Dollar/TL proqnozunu 17,5-dən 19,5-ə yüksəldib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, son rübdə turizm gəlirlərinin iqtisadiyyata dəstəyinin azalması ilə cari kəsirin daha da genişlənə biləcəyinə diqqət çəkən İngiltərənin bank və maliyyə xidmətləri təşkilatı HSBC 2022-ci ilin sonu üzrə Dollar/TL proqnozunu 17,5-dən 19,5-ə, 2023-cü ilin ikinci rüb sonu üzrə isə 18,2-dən 21-ə yüksəldib.
Agentliyin qeydində deyilir: "Mövsümi turizm gəlirlərinin iqtisadiyyatı daha az dəstəkləməsi və ixracın Avropadakı tənəzzül təzyiqi altında zəifləməyə davam etməsi səbəbindən payızda türk lirəsinin daha kəskin dəyər itirəcəyinə inanırıq".
Bizi sosial şəbəkələrdən izləyin!!