İlon Musk ən çox soruşulan suallara cavab verdi | Banco.az

İlon Musk ən çox soruşulan suallara cavab verdi

“Marsa səyahət istiqamətində ən vacib addım kosmik gəminin istehsalı və onun maliyyə dəyərinin aşağı salınmasıdır. Kosmik səyahət zamanı gəminin maliyyə dəyəri çox yüksəklərdə olur. Düşünürəm kosmik gəmilərin istehsalı daha kiçik ölçüdə olmalıdır. Marsa getməyi dəstəkləyin və cəsur olun. Marsa, Aya, Günəş Sistemindəki hər-hansı planetə səyahət üçün siz lazım olan resurslara müdaxilə etməlisiniz”.

Bu sözləri “SpaceX” kosmik şirkəti və “Tesla” elektrik mühərrikli avtomobil istehsalçı şirkətinin rəhbəri İlon Mask “SXSW 2018” konfransının “Westworld” panelində Westworld prodüserlərindən biri olan Jonathan Nolanın “Mars haqqında nə edə bilərik?” sualına cavab olaraq deyib.

Jonathan Nolanın zamanını necə xərcləyirsiniz? sualına cavab olaraq kosmik şirkətin rəhbəri deyib ki, vaxtımın 80-90%-ni “SpaceX”də mühəndislik və dizayn işlərinə sərf edirəm: “Boring Company bütün tvitlərimin 20%-ni əhatə edə bilər, amma həyatımda ümumilikdə 2% yer tutur”.

Prodüserin iş modelini necə qurursunuz sualına cavab olaraq İ.Mask bildirib ki, mənim iş modelim yoxdur. Jonathan Nolan Maskdan soruşur ki, bir çox insan sizdən ilham alır, bəs sizin ilham mənbəyiniz kimdir? Mask yarızarafat, yarıciddi tərzdə deyir ki, “Əlbəttə ki, Kanye”.

Üçüncü dünya müharibəsi başlayarsa, bəşəriyyət üçün nələrin dəyişəcəyindən danışan Mask qeyd edib ki, “Əgər üçüncü dünya müharibəsi başlayacaqsa, bu halda bəşəriyyət üçün yeni qaranlıq dövr başlayacaq”. O, “Bir gün Marsda koloniya quracağamsa, bu halda bəşəriyyət bütün müharibələrdən kənarda qalacaq. Bu isə insanların mədəniyyətinin davam etdirəbiləcəyi şansı deməkdir”, - fikrini müdafiə etməkdə davam edib.

Maskın “Tesla”, “SpaceX” kimi təşəbbüsləri əslində qeyd olunan təhlükələri aradan qaldırmaq üçün nəzərdə tutulub. Mask hədəfləyir ki, ən pis ssennaridə bu iki yeni layihə insanlığın qaçmaq vasitəsi olacaq.

Ən sərfəli kredit üçün müraciət et

İlon Mask Westworld panelində süni zəka və iqlim dəyişikliyi kimi qlobal problemlərdən də danışıb: “Bu dediklərimi unutmayın. Süni zəka, nüvə silahından daha da təhlükəlidir. Əgər bu təhlükədirsə, nəyə görə bizim qanunla tənzimlənmiş müdaxiləmiz yoxdur?”.

Mask, həmçinin deyib ki, süni zəka mütəxəssisləri kimi robot təhlükəsi mövzusunda heç də narahat deyiləm: “Ona görə, süni zəka mütəxəssisləri bildiklərindən daha çoxunu bildiklərini düşünür. Olduqlarından daha ağıllı olduqlarına inanırlar”.

Mask daha sonra üzünü tamaşaçılara tutub deyib ki, bu düşüncə əslində ağıllı insanları narahat edir: “Ona görə də, ağıllı insanlar robotların ondan daha ağıllı olabiləcəyini düşünmür”.

Sarkazımla suallara cavab verən Mask sürücüsüz idarə edilən avtomobillər barəsində proqnozunu da verib: “Sürücüsüz idarə edilən avtomobillər, gələcək ilin sonuna qədər, insan sürücülərindən 200% daha təhlükəsiz olacaq”.

SXSW 2018’dəki sürpriz panelin sonunda isə Jonathan Nolan İlon Mask və qardaşı western papaqlarını taxıb “Three Amigos”un “My Little Buttercup” mahnısını oxuyublar. Panelin davamını aşağıdakı linkdən baxa bilərsiniz.

Mənbə: Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et