İlon Mask yeni sosial şəbəkə yaradır | Banco.az

İlon Mask yeni sosial şəbəkə yaradır

İlon Mask öz yeni sosial şəbəkə platformasını yaratmaq fikrindədir.

Bu barədə o, öz rəsmi “Twitter” hesabında yazıb.

Mask izləyicilərindən birinin “Yeni sosial şəbəkə yarada bilərsinizmi?” sualına cavab olaraq bu haqda düşündüyünü deyib. O, həmçinin sektorda yeni platformaya ehtiyac olduğunu da bildirib.

Qeyd edək ki, bu yaxınlarda İlon Mask izləyiciləri arasında sorğu keçirdib və o, bu sorğuda insanların “twitter” sosial şəbəkəsinin söz azadlığı prinsiplərinə riayət etdiyinə inanıb-inanmadıqları sualını ünvanlayıb.

Sorğuda 70% istifadəçinin buna inanmadığını bildirib. İstifadəçilərin çoxu Mask yeni sosial şəbəkəsi yaratdığı təqdirdə burada tam söz azadlığı prinsiplərinə əməl ediləcəyini düşünür.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et