İlon Mask Braziliya hakimiyyətinin tələblərini yerinə yetirməkdən imtina edib | Banco.az

İlon Mask Braziliya hakimiyyətinin tələblərini yerinə yetirməkdən imtina edib

Müəllif:Ayşən İmanova/Banco.az

İlon Mask, “X"i izahat vermədən məşhur hesabları silməyə məcbur edən Braziliya hakimiyyətinin tələblərini yerinə yetirməkdən imtina edib.

Banco.az xəbər verir ki, əvvəllər “Twitter” kimi tanınan “X”in Braziliyada bəzi məşhur hesabları səbəb göstərilmədən məhkəmə qərarı ilə bloklanıb.

Mask məhkəmənin qərarına etiraz edərək, bunun gəlirlərin itirilməsinə və “X”in ölkədəki ofisinin bağlanmasına səbəb ola biləcəyini bildirib.

Şirkət bu qərarlara etiraz edəcəyinə söz verib , lakin sonra İlon Mask söz azadlığının qazancdan daha vacib olduğunu bildirərək bütün hesabların bərpa olunduğunu elan edib. Onun sözlərinə görə, prinsiplərinə xəyanət etməmək üçün Braziliyada gəlirlərini itirməyə hazırdır.

Xatırladaq ki, Braziliya məhkəməsi ölkədə “X” platformasına girişi tamamilə bloklamaqla hədələyir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bundan öncə “Telegram” neo-nasist qruplar haqqında məlumat paylaşmaqdan imtina etdiyinə görə keçən il Braziliyada müvəqqəti olaraq qadağan edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et