İlon Mask bir tviti ilə 200 milyard dollar itirdi | Banco.az

İlon Mask bir tviti ilə 200 milyard dollar itirdi

Tamara Mustafayeva, Banco.az

"SpaceX" və "Tesla" şirkətlərinin CEO-su İlon Mask yenə dünya mediasının gündəmindədir. Bu dəfə də rəsmi "Twitter" səhifəsindən yazdığı bir tvitlə şirkət səhmlərinin sürətlə ucuzlaşmasına səbəb olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, tanınmış milyarder rəsmi "Twitter" səhifəsində sahib olduğu "Tesla" səhmlərinin 10%-ni satıb-satmamaqla bağlı anket sorğusu keçirib. 3,5 milyondan çox istifadəçinin iştirakı etdiyi və bazar günü başa çatan sorğunun nəticəsi 57,9%-lik göstərici ilə "BƏLİ" olub. Yəni, istifadəçilər Maska əlindəki səhmləri satmağı tövsiyə edib. Bu nəticədən dərhal sonra dəyər itirməyə başlayan şirkət səhmləri 2 gün ərzində ümumilikdə 16% ucuzlaşıb. Ötən cümə günü 1 trilyon 228 milyard dollar olan "Tesla"nın bazar dəyəri isə 200 milyard dollar geriləmə ilə 1 trilyon 28 milyard dollara enib.

Bu 2 gün ərzində Maskın şəxsi sərvəti də təqribən 50 milyard dollar azalıb. Bununla belə, o, 288 milyard dollarlıq sərvətlə hələ də "Blomberg Milyarderlər İndeksi"nə görə, dünyanın ən varlı insanı ünvanını saxlayır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Tesla" şirkətinin axırıncı hesabatına görə, İlon Mask 170,5 milyon ədəd səhmə sahibdir. Bu səhmlərin ümumi dəyəri isə anket sorğusu başladıldığı ana qədər 210 milyard dollar idi ki, sorğunun nəticəsindən sonra 174 milyard dollara geriləyib. Yəni, Mask söz verdiyi satışı həyata keçirərsə, 17,4 milyard dollar dəyərində səhm satışına imza atacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et