İlk milyarderdən biznesin sirrin öyrənin | Banco.az

İlk milyarderdən biznesin sirrin öyrənin

Dünyanın ilk milyarderi sayılan Con Rokfeller 1839-cu ildə Nyu-York ştatının Riçford şəhərində anadan olub.

1870-ci ildə Standard Oil şirkətinin əsasını qoyan Rokfellerin varidatı 1937-ci ildə 1,4 milyard dollar təşkil edirdi. 

Bu məbləğ 2014-cü ilin göstəricilərinə görə, inflyasiyanı nəzərə aldıqda 192 milliard dollara bərabərdir.

Dörd qızı və bir oğlu olan Rokfeller həmçinin xeyriyyəçilik əməlləri ilə məhşurdur. Onun əsasını qoyduğu fond bu günkü günə kimi fəaliyyət göstərir və ABŞ-ın ən əhəmiyyətli 10-fondundan biri hesab olunur.

Karyerasını daşınmaz əmlak və gəmi daşınmaları ilə məşğul olan Hewitt & Tuttle şirkətində başlayan Rokfeller mühasibatçı vəzifəsində çalışır və özünü əməksevər və peşəkar işçi kimi tanıtmağa nail olur.

Bu ərəfələrdə özünə şərik axtaran Con Morris adlı ingilis sahibkarı Rokfeller ilə tanış olur. Şəriklik üçün tələb olunan məbləğ 2,000 dollar idi, Rokfeller özündə çatışmayan 1200$-nı atasından illik 10 faizlə kreditə götürür. Şirkət buğda və ət kimi məhsulların satışı ilə məşğul idi. Vətəndaş müharibəsi başladığından ordunun ərzaqa olan tələbatı artır. Fürsətdən istifadə edən Rokfeller işi genişləndirmək üçün lazım olan məbləği bankdan kreditə götürməyə nail olur.

1860-cı illərdə kerosin lampaları geniş istifadə olunurdu. Neftə ehtiyac günü gündən artırdı. Rokfeller Samuel Endrus adlı kimyaçı ilə tanışlıqdan sonra bu işə başlamağa qərar verir. Standard Oil şirkəti yarandığı gündən etibarən gəlir gətirməyə başlayır, Rokfeller digər neft şirkətlərini almağa başlayır, dəmir yolu daşımmalarında daha aşağı qiymətlər əldə edir.
Bir çəllək neftin daşınmasına görə 10 sent ödədiyi halda, konkurentləri 35 sent ödəyirdilər. Qazancda yaranan bu fərq Rokfellerə öz qaydalarını diqtə etməyə köməy olurdu. Konkurentlər ya onunla birləşməli ya da məhv olub getmək məcburiyyətində qalırlar.

Artıq monopolist olan Standard Oil Amerikada neftinin 95%-ni istehsal edirdi. 10 il sonra monopolizm əleyhinə qəbul olunan Şerman qanuna görə Standard Oil şirkəti bir neçə hissəyə bölünmək məcburiyyətində qalır. Standard Oil-i 34 hissəyə bölən Rokfeller bütün şirkətlərin kontrol paketini özündə saxlayır. Demək olar ki, ABŞ-ın bütün iri neft şirkətləri Standard Oil-dən yaranıblar. Bunların arasında Mobil, Exxon, Chevron kimi neft nəhəngləri də var.
1917-ci ildə Con Rokfeller öz işini bütünlüklə böyük oğluna təhvil verir, üstündən 20 il ötdükdən sonra isə məşhur neft maqnatı vəfat edir. Amma bugünkü günə qədər fəaliyyət gösətərən və insanlara fayda verən onun adını daşıyan fond, hələ də onun yaşadığını göstərir.

Bütün bunlardan savayı Rokfeller bu gün aforizm kimi işlənən kifayət qədər müdrik kəlamları ilə yadda qalıb, bu sitatlar bu gün olduqca məşhurdur və onlara əksər biznes kitablarında rast gəlmək mümkündür. Onlardan:

"Xeyriyyəçilik yalnız o zaman faydalıdır ki, insanlara həqiqi müstəqillik əldə etməyə kömək etsin".

"Sizin rifahınız elə, sizin öz qərarlarınızdan asılıdır".

"Biznes əsasında qurulmuş dostluq, dostluq əsasında qurulmuş biznesdən daha yaxşıdır".

"İnsanlar ilə davranmaq bacarığı bir məhsuldur, bizim dükandan ala biləcəyimiz şəkər, qəhvə və digər şeylər kimi. Mən belə bir bacarığa görə, dünyadakı hər şeydən daha çox pul ödəməyə hazıram".

"Biznesdə uğur qazanmağın ən birinci və ən başlıca şərti –səbrli olmaqdır".

Con Rokfeller lazım olan vaxtda, lazımlı yerdə olmağı bacardı və ağla gəlməz uğur əldə etdi.


atvxeber.com

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et