İlk iş günündə necə davranmalıyıq? | Banco.az

İlk iş günündə necə davranmalıyıq?

İlk təəssürat hər zaman çox əhəmiyyətlidir. Yeni karyeranın ilk günü olan ilk iş günü rəhbərlərin və dostların haqqında ilk təəssürat əldə edəcəyin gündür. Bu ilk işindirsə və heç bir təcrübən yoxdursa ilk gün həmişə daha çətin gəlir. Məhz o günün müvəffəqiyyətli keçməsi üçün bir neçə məsləhət:

1) Əsla gecikmə: İlk gün vaxtında işdə olmaq çox əhəmiyyətlidir. Hətta olmağın lazım olan saatdan bir az əvvəl getmək sənin işə nə qədər əhəmiyyət verdiyini göstərir. Beləcə idarəçinin gözünə girə bilərsən.

2) Suallar ver: Əgər idarəçinin verdiyi işi bitirmisənsə "bu işi bitirdim başqa nə edə bilərəm?" deyə soruş. Ya da iş yoldaşlarından mətbəxin, surətçıxarma maşınının harada olduğunu soruş. Bu işə bağlanmağa çalışdığını hər kəsə göstərər.

3) Gülümsə və dostcasına davran: Böyük ehtimalla ilk gün bir çox iş yoldaşınla tanış olacaqsan. İlk tanışlıqda üzündə səmimi bir gülümsəmə olması həqiqətən əhəmiyyətlidir. Yeni olduğunuz üçün sizinlə hamı maraqlanacaq. Haqqınızda onlara daha əvvəl nə deyildiyini bilmədiyiniz üçün, ən yaxşısı olduğunuz kimi və dostcasına yanaşmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

4) Çox dinlə, az danış: İş yoldaşlarınızı diqqətlə dinləyərək onlar haqqında fikir əldə edə bilərsiniz. Onların söhbətlərindən şəxsiyyətləri və mövqeləri haqqında məlumat əldə etməyə çalışın.

5) İşdən tez çıxma: İşə gec qalmamamaq qədər, tez ayrılmamaq da əhəmiyyətlidir. Həmişə çıxış saatını gözləyirmiş kimi bir təəssürat verməmək üçün, çıxış saatını bir az keçdikdən sonra çıxın. Bu həm sıxılmadığınızı, həm də işlə maraqlandığınızı göstərər.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et