İlk dəfə bu ölkədə işçilərin maaşı rəqəmsal valyuta ilə verildi | Banco.az

İlk dəfə bu ölkədə işçilərin maaşı rəqəmsal valyuta ilə verildi

Tamara Mustafayeva, Banco.az

Hazırda dünyanın müxtəlif ölkələrində rəqəmsal valyutalara maraq getdikcə artmaqdadır. Çin isə bu mövzuda yeni bir addım atıb.

Məlum olduğu kimi, Çin dünyanın ən çox mobil ödəniş sistemlərinə sahib ölkəsidir. Hər 5 ödənişdən 4-ü mobil ödəmə sistemləri olan "Reach.at Pay" və "AliPay" vasitəsilə həyata keçirilir. Bununla yanaşı, ölkədə bir müddətdir ki, rəqəmsal yuanın istifadəyə buraxılması üçün işlər həyata keçirilir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Çinin şərqində yerləşən Hebei vilayətində bu baxımdan yeni bir layihə başladılıb. Belə ki, burada həyata keçirilən yaşıllaşdırma layihəsində iştirak edən işçilərin maaşı rəqəmsal yuan vasitəsilə ödənilib. Bununla da Çin rəqəmsal valyutadan işgüzar sferada istifadə edən ilk ölkə olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ölkə miqyasında rəqəmsal yuanın tətbiqi üçün yaradılan pilot bölgələrin sayı artıq 11-ə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et