İlham Şaban: “Enerji sektoruna yatırılan investisiyaların həcmi növbəti illərdə artacaq” | Banco.az

İlham Şaban: “Enerji sektoruna yatırılan investisiyaların həcmi növbəti illərdə artacaq”

Azərbaycanın neft-qaz sektoruna yatırılan ümumi investisiyaların həcmi 95 milyard dollar təşkil edir.

Bu sözləri energetika naziri Pərviz Şahbazov bu gün keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018” adlı tədbirdə çıxışı zamanı bildirib. Nazir bildirib ki, ötən il 2 milyardıncı ton neftini hasil edən Azərbaycan tarixən neft-qaz ölkəsi kimi tanınır və qlobal enerji layihələrinin müəllifidir”.

Neft araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban banco.az-a bildirdi ki, neft-qaz layihələrinə yatırılan investisiya həcmləri 2016-cı ildə pik həddə çatıb: “2017-ci ildən başlayaraq bu sahəyə olan yatırımların həcmi bir qədər azalmağa başladı." 

Ən sərfəli kredit üçün müraciət et

Bu mənada cari illə müqayisədə 2019-cu ildə neft-qaz layihələrinə olan investisiyaların artacağı gözlənilir. 2020-ci ildə isə bu rəqəmin daha da artacağı istisna deyil. Çünki “Abşeron”, “Azəri-Çıraq-Günəşli” yeni platformasının tikinti layihəsi nəzərdə tutulub. Bu layihələrin bir neçə il davam edəcəyi gözlənilir. Bütün bunlar isə öz növbəsində enerji sektoruna olan investisiyaların həcminə də ciddi təsir göstərəcək.

Şəbnəm Mehdizadə

Ən sərfəli krediti almaq üçün müraciət et