IKEA Obamanın əyləşdiyi kreslonu satışa çıxarıb | Banco.az

IKEA Obamanın əyləşdiyi kreslonu satışa çıxarıb

IKEA ABŞ – ın sabiq prezidenti Barak Obamanın Oslo Biznes Formununda iştirak edərkən əyləşdiyi kreslonu digər ikinci əl məhsullarla birlikdə zarafatyana bir şəkildə satışa çıxarıb.

Sabiq Amerika prezidenti Barak Obama 26 sentyabr tarixində Norveçin paytaxtı Oslo şəhərinə Biznes Formunda iştirak etmək üçün səfər edir. Səhnə reportajı əsnasında Obama texnologiya sahəsindəki yeniliklərin və dayanıqlı müəssisələrin gələcəyi haqqında çıxış edərkən IKEA – nın “Landskrona” adlı kreslosuna əyləşib. IKEA isə bu vəziyyəti zarafatyana bir marketinq taktikasına çevirib.

Həmçinin oxu: Markaların bir-birlərinə istinad etdikləri 10 reklam filmi

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, IKEA yerli mağazalardan birində digər ikinci əl mebellərlə birlikdə bu kreslonu da satışa çıxarıb. Bununla yanaşı həmin kresloya zarafatyana bir etiket də əlavə edib. Etiketdə, aşağıdakı ifadələr qeyd edilmişdi:

“Bu kreslo, 26 sentyabrda Osloya səfər etdiyi zaman Barak Obama tərəfindən istifadə edilmişdir. Təbii olaraq onu artıq əsl qiyməti ilə sata bilmərik. “Landskrona” kreslosu təmiz və səliqəli bir ifadə tərzi ilə səmimi bir görünüşə sahibdir. Prezidentin özü kimi. Nəticə etibarilə mükəmməl bir seçimdir.”

Kreslo, kitabxanaya əlavə oxu sahəsi əlavə etmək istəyən ibtidai sinif müəllimi tərəfindən satın alınıb.

Həmçinin oxu: Dünyaca tanınmış şirkətlərin ilk məhsullarından xəbəriniz varmı?

Tamara Mustafayeva, Banco.az