İİTKM-də “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbir keçirilib | Banco.az

İİTKM-də “İnsan Hüquqları Aylığı” ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) kollektivinin ümumi iclasında əməkdaşların diqqətinə çatdırılıb.

Mövzu ilə bağlı çıxış edən İİTKM-in hüquqşünası Nigar Hafizqızı bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman, həmçinin, bundan irəli gələn məqsəd və vəzifələr nəzərə alınaraq, 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Müstəqillik dövründə ölkəmizdə insan hüquqlarının təmin edilməsi sahəsində böyük işlər görülüb.

Azərbaycan Ombudsmanı tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-ə kimi ölkədə “İnsan Hüquqları Aylığı” elan edilir. İİTKM-in kollektivi də builki “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən tədbirlərdə aktiv rol alacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et