"Humanitar yardıma ehtiyacı olan insanların sayı 360 milyona çatıb" | Banco.az

"Humanitar yardıma ehtiyacı olan insanların sayı 360 milyona çatıb"

Müəllif: Tamara Mustafayeva, Banco.az

BMT: Humanitar yardıma ehtiyacı olan insanların sayı 360 milyona çatıb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş dünyada humanitar yardıma ehtiyacı olan insanların sayının ötən illə müqayisədə 30 faiz artaraq 360 milyona çatdığını bildirib.

Quterreş BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) keçirilən sessiyada çıxış edib.

Məcburi köçkünlərin sayının 110 milyona çatdığını qeyd edən Quterreş 260 milyon insanın ciddi qida çatışmazlığı və aclıqla üzləşdiyini vurğulayıb.

Quterreş bunun əsas səbəbinin həll olunmamış münaqişələr və yeni başlayan müharibələr olduğunu bildirib. “Kovid-19 dövründə başlayan və Rusiyanın Ukraynaya təcavüzü ilə daha da pisləşən qlobal iqtisadi problemlər ən həssas təbəqəyə təsir göstərib”, o, qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et