Huawei çoxlu sayda 5G dətəkli sartfon üzərində çalışır | Banco.az

Huawei çoxlu sayda 5G dətəkli sartfon üzərində çalışır

İndiyənə kimi Huawei şirkəti yalnız iki ədəd 5G dəstəkli smartfon modeli təqdim edib: Huawei Mate 20 X 5G və Huawei Mate 30 Pro. Lakin yaxın zamanda həmin smartfonların sayı arta bilər. Yeni məlumat sızıntısına əsasən şirkəti 5G dəstəkli 10-dan çox smartfon üzərində çalşır. Bu barədə Gizchina saytı xəbər verib. Çinin Weibo sosial şəbəkəsində Çində sertifikatlaşdırmadan keçmiş çoxlu sayda Huawei və Honor smartfon modellərinin siyahısı ortaya çıxıb. Məlumata əsasən həmin siyahıda 10-dan çox smartfon 5G dəstəklidir. Bütün smartfonlar isə həm orta həm də flaqman seqmentə aiddirlər. Siyahıdakı smartfonların model nömrələrindən başqa onlar barəsində digər bir məlumat verilməyib. Şirkətin bu smartfonları nə zaman satışa çıxardacağı barəsində də bir məlumat yoxdur.

Ən sərfəli kredit üçün müraciət et

 

Technote.az

Ən sərfəli krediti almaq üçün müraciət et