Hindli şirkətlər yeni sanksiyalardan əvvəl Rusiyadan neft sifarişlərini artırıblar | Banco.az

Hindli şirkətlər yeni sanksiyalardan əvvəl Rusiyadan neft sifarişlərini artırıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistanda yerləşən neft emalı şirkətləri Rusiya neftinə qarşı sanksiyaların yeni mərhələsi ərəfəsində sifarişlərini artırıblar.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiya ilə neft ticarətinə yuxarı qiymət həddinin tətbiqini ehtiva edən yeni qaydaların 5 dekabr tarixindən etibarən qüvvəyə minəcəyini elan edib. Odur ki, Hindistanda fəaliyyət göstərən əksər şirkətlər bu tarixə qədər Rusiyadan bacardıqca daha çox neft almağa çalışırlar.

Bildirilib ki, ən azı 4 Hindli şirkət dekabrın 5-də yüklənəcək və yanvarın 19-da təhvil veriləcək neft sifarişi veriblər ki, bu da sözügedən tarixə zidd deyil. 

Onu da qeyd edək ki, ABŞ və Böyük Britaniya tərəfləri daha əvvəl verdikləri açıqlamalarda yuxarı qiymət həddinin tətbiqi nəzərdə tutulan tarixdən əvvəl verilən sifarişlər üçün yanvarın 19-na qədər möhlət veriləcəyini bildirmişdilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et