Həyatın yaşam sığortasına yatırımlar yarım milyard manatı ötüb | Banco.az

Həyatın yaşam sığortasına yatırımlar yarım milyard manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2023-cü ildə həyatın yaşam sığortası üzrə 504 milyon 992 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 27.3% və ya 108 milyon 305 min manat çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 50.5 milyon manat və ya 20.9% artaraq 292 milyon 552 min manata çatıb.

Qeyd edək ki, 2022-ci ildə həyatın yaşam sığortası üzrə yığımlar 396.7 milyon manata, ödənişlər isə 242.1 milyon manata bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et